Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
ERMƏNİLƏRİN AZƏRBAYCANLI TÜRKLƏRİNƏ QARŞI APARDIQLARI SOYQIRIMDAN SEÇMƏLƏR

0

  •              




              Ayıq olun, qardaşlarım. erməni fitnəsinə uymayın. Bir əsrdə buraxdığımız səhvlərin acı nəticələrini özümüzlə XXI əsrə aparırıq. Bax budur bizim yüz illik tariximizin acı səhifələri.

             "1905 ci il hadisələrinə qədər ermənilər genosid ylo ilə 700 mindən artıq azərbaycanlını faciəli surətdə məhv etmişlər". (M.S.Ordubadi: "Qanlı sənələr" kitabı. Vaxtı ilə həmin kitab M.F.Axundov adına kitabxanadan oğurlanmışdır.)

                                                          ***

              O dövrdə Bakı genosidinə şəxsən Stepan Şaumyan başçılıq edirdi və nahaq qanı axıdılan  minlərlə bakılının ölümünə də bais şəxsən Stepan Şaumyandır.

              Qarabağın azərbaycanlı əhalisinin taleyinə cavabdeh olan İsmayıl Sultanov Gəncə qəzasının rəisinə yazırdı: "Artıq 19 apreldən başlayaraq Ararat orduları Göyçə mahalının və Yeni Bəyazit qəzasının dinc müsəlman əhalisini məhv etmişlər. İndiyə kimi 22 kənd və o kəndlərin 60 min əhalisi qırılıb məhv edilmiş, yandırılmışdır. Bədbəxt müsəlman əhalisi erməni ordularının güllələri ilə məhv olub qırılırlar. Ermənilərin və erməni hökümətinin öz qədim od qonşuları olan sədaqətli müsəlmanlara bu qeyri - insani rəftarları insanı dəhşətə gətirir. Qadınları, uşaqları, qocaları və gənc oğlanları qırırlar. Qızları və cavan qadınları isə məqsəd üşün saxlayırlar.

              Camaatın nəyi varsa süpürüb ac Ermənistan üçün aparırlar. Doğma yurdlarından qaçqın düşən müsəlmanlar yollarda ac - yalavac, susuz qalıb, onları izləyən erməni qoşunlarının zərbindən və soyuqdan qırılırlar".                                        

                                                     "Azərbaycan" qəzeti, 17 may 1919 - cu il.
       
                                                    ***

             Yeni
    Bəyazit genosidindən daşnak Vaarama iftixar hissi ilə danışır: “Mən
    Basarkeçərin Türk əhalisini qırdım. Ancaq bəzən adamın gülləyə heyfi gəlir. Ən
    etibarlı üsul odur ki, döyüşdən sonra sağ qalanları yığıb quyulara doldurasan
    və üstlərinə ağır daşlar tökəsən ki, birdəfəlik yür üzündən silunsinlər. Mən
    belə də etdim. Bütün kişiləri, qadınları və uşaqları yığıb işlərini bitirdim.
    Sonra onları quyulara töküb üstlərini daşlarla doldurdum”. 





             Əfsuslar olsun ki, dost və düşmənlərimizi
    yaxşı tanıya bilmədiyimiz üçün əsrlər boyu torpaqlarımızı itirib, soyqırıma
    məruz qalmışıq.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi9 il öncə
    İzlənib57 dəfə
    ERMƏNİLƏRİN AZƏRBAYCANLI TÜRKLƏRİNƏ QARŞI APARDIQLARI SOYQIRIMDAN SEÇMƏLƏR

    Maraqlı gələ bilər